Xəbər lenti

Dünya 15:27 22.10.2020

Narışkin Belarusda inqilab təhlükəsi anonsunu verdi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdən və iki ölkənin xüsusi xidmət orqanlarının kollegiya iclasından sonra keçirdiyi mətbuat konfransında xüsusi xidmət orqanlarının Belarus dövlət quruluşunu konstitusiyaya zidd üsullarla dəyişdirmək istəyi gördüklərini söyləyib.


Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb. "Xarici təsirlərə gəldikdə, bu göz önündədir", - deyən Narışkin, bu təsirin arxasında mövcud siyasi gücü dəyişdirmək cəhdi olduğunu bildirib.


"Artıq əsası qoyulmuş Konstitusiya islahatı bir çox suallara cavab verəcək", - deyən Narışkin eyni zamanda sabitliyin qorunmasının dövlətin və cəmiyyətin inkişafı üçün vacib şərt olaraq qaldığını qeyd edib.

 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->