Bu gün Bakı Apelyasiya Məhkəməsində ötən il martın 2-də Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı təqsirləndirilənlərin şikayətinə baxılıb.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, onlar bəraət istəsələr də, hakim Elman Rəhimov heç bir dəyişiklik etmədən hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib.
Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, şöbə müdiri Afət Məmmədovaya isə şərti cəza verilib.
Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
Şərhlər