NASA-nın artıq risk yaratmayan, lakin əvvəllər "şəhər məhvedici" olaraq adlandırılan 2024 YR4 asteroidi haqqında bütün dünyaya yalan söylədiyi iddiası gündəmə bomba kimi düşüb. Bəs, NASA bu iddialarla bağlı nə deyir?
Qaynarinfo xəbər verir ki, iddiaya görə, NASA bu asteroidin 2032-ci ildə Yerə çırpılma ehtimalının 20%-ə qədər çıxa biləcəyini əvvəlcədən bilib, lakin bunu ictimaiyyətdən gizlədib. "Daily Mail"in məlumatına əsasən, bu "ən pis ssenari" ilə bağlı statistik analizlər aprel ayına qədər ortaya çıxa bilərdi.
"Şəhər məhvedici" asteroid necə təhlükə yaratdı?
2024-cü ilin dekabr ayında kəşf edilən və təxminən 60 metr enində olan 2024 YR4 asteroidi, NASA-nın Yerin yaxınlığında yerləşən obyektlər (NEO) siyahısında ilk sıraya yüksəlmişdi. Elm adamları bu asteroidin 22 dekabr 2032-ci ildə Yerə çırpılma ehtimalının 1,2% olduğunu hesablayırdılar.
"Telegraph"ın məlumatına görə, 4 fevralda keçirilən Beynəlxalq Asteroid Xəbərdarlıq Şəbəkəsi (IAWN) toplantısında NASA mütəxəssisləri bu təhlükəni ciddiyə aldıqlarını göstərən hesabatlar təqdim ediblər. Onların proqnozlarına görə, əgər asteroid Yerə çırpılsaydı, Xiroşimaya atılan atom bombasının 500 qat gücündə, 7,7 meqaton TNT gücündə bir partlayış baş verəcək və təxminən 1 kilometr diametrində bir krater yaranacaqdı.
Qeyd edək ki, asteroidin kəşfindən sonra alimlər onu daha yaxından müşahidə etməyə başlayıblar. 18 fevralda onun Yerə çırpılma ehtimalı 3,1%-ə qədər yüksəlib.
NASA nəyi gizlədib?
20 fevral tarixində aparılan yeni hesablamalar nəticəsində asteroidin Yerə çırpılma ehtimalının kəskin şəkildə azaldığı elan edilib. Daha əvvəl qısa müddət ərzində böyük şəhərlər üçün ciddi təhlükə yaradan bu asteroidin, sürətlə Yer üçün təhlükəsiz bir səma cisminə çevrildiyi bildirilib.
Bununla belə, NASA-nın həftələr öncə daha ciddi ssenarilər üçün hazırlıq aparması və bu məlumatları ictimaiyyətlə bölüşməməsi bəzilərini narahat edir. Təşkilatın ən pis ehtimal ssenarisini niyə açıqlamadığı hələ də bilinmir.
Hərçənd asteroidin təhlükə səviyyəsi artıq 0-a düşüb, NASA bu asteroidin hərəkət trayektoriyasını izləməyə davam edəcəyini açıqlayıb.
Aydın
Şərhlər