Xəbər lenti

NASA koronavirusdan qoruyan boyunbağı hazırladı
Dünya 19:53 30.06.2020

NASA koronavirusdan qoruyan boyunbağı hazırladı

NASA sahibi hər dəfə üzünə toxunmaq istəyərkən titrəşim yaradan antikoronavirus boyunbağı hazırlayıb. 

Qaynarinfo Daily Mail-ə istinadla xəbər verir ki, bu əşya 3D printerdə çap ediləcək.

İnfraqırmızı sensordan istifadə edərək cihaz üzə çox yaxın olan əli dərhal hiss edir. Hərəkət başlayan kimi, medalyonun içində olan kiçik mühərrik işə düşür. Beləliklə, tərtibatçılar gözlər, burun və ağız vasitəsilə COVID-19-in bədənə yayılması yolunun qarşısını almağa çalışırlar.

NASA-dan qeyd edilib ki, bu cihaz-boyunbağı maska və ya koronavirusa qarşı digər fərdi qoruyucu vasitələrin əvəzinə deyil, onlarla birgə istifadə edilə bilər. Bundan əlavə, tərtibatçılar modeli fərqli rənglərdə buraxmağa söz veriblər.

Qeyd edək ki, alimlər öskürəyə qarşı tibbi maskaların effektivliyinin az olduğunu deyiblər. Məlum olub ki, maska asqıraq və ya öskürək zamanı kiçik tüpürcək damcılarının yayılmasının qarşısını alsa da, bununla onun süzmə qabiliyyəti azalır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->