NASA saatda 101 min km sürətlə Yerə yaxınlaşan Bennu adlı asteroidin qarşısını almaq üçün hərəkətə keçib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, asteroidi Yer üçün "təhlükəli" kateqoriyasına daxil edən NASA-nın ilk planı Bennunun istiqamətini dəyişməkdir. 8,8 ton ağırlığı olan "Hammer" azlı kosmik gəminin asteroidlə toqquşması Bennunun istiqamətini dəyişə bilər.
2135-ci ildə planetimizlə toqquşma ehtimalı yüksək olan asteroidin qarşısını almaq üçün digər təklif isə nüvə silahıdır. Bennu kosmik gəmiyə yerləşdirilən nüvə silahı ilə Yerdən uzaq məsafədə olan zaman məhv ediləcək.
Gülşən
Şərhlər