"Gürcüstan Avropaya inteqrasiya yolunda böyük müvəffəqiyyət əldə edib və mütləq NATO-nun üzvlərindən biri olacaq".
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tiflisə rəsmi səfərində NATO-nun Baş Katibi Yens Stoltenberq deyib.
"Gürcüstan NATO-nun xüsusi əməkdaşıdır. Ötən il Buxarest Sammitində qərarın qüvvədə qaldığını və Gürcüstanın mütləq NATO üzvü olacağını təkrar vurğuladıq", - deyə baş katib bildirib.
Lakin Stoltenberq Gürcüstanın ittifaqa daxil olma tarixini, həmçinin Abxaziya və Cənubi Osetiya olmadan bunun mümkün olub-olmayacağını açıqlamayıb. O, bildirib ki, ittifaqa üzv olma qərarı Gürcüstanın özü və ittifaq üzvləri tərəfindən qəbul edilib.
Yanvarın sonunda gürcülərin çoxunun ölkənin AB-yə və NATO-ya qatılma hədəfini dəstəklədikləri bildirilib.
Şərhlər