Xəbər lenti

Dünya 12:53 28.02.2020

NATO Türkiyənin tələbinə əsasən təcili toplanır

NATO Türkiyənin tələbi əsaında Suriya məsələsinin müzakirəsi üçün təcili toplantı çağırıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib. İclas bu gün 29 ölkənin daimi nümayəndəsinin iştirakı ilə keçiriləcək.

NATO sazişinin 4-cü maddəsinə əsasən əgər üzv dövlətlərdən birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altına düşərsə, bütün tərəflərin müzakirədə iştirak etməlidir.

Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?