"Rusiya müxalifətinin ideri Aleksey Navalnını hava limanında saxlamaq üçün hüquqi əsas olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib. O bildirib ki, Rusiya Navalnını uzun müddət həbsdə saxlaya bilməz:
"İndi ona bir don geydirəcəklər, guya təhlükəsizliyini təmin etmək üçün etmişik. Navalnı Putin üçün ciddi bir baş ağrısıdır. Bəli, Navalnı Putin üçün baş ağrısıdır, amma onu həbs etmək çıxış yolu deyil”.
Fərhad Mehdiyev qeyd edib ki, əgər Navalnını uzun müddət həbsdə saxalamağa davam etsələr, bu, Rusiya əleyhinə sanksiyaları daha da gücləndirəcək:
"Putin işi çətin olacaq, Amerikanın başına Bayden adminstrasiyası gəlir. Bu da anti-Rusiya siyasətini gücləndirəcək. Təbii ki, Amerika Putini zəiflətmək üçün Rusiyadakı müxalifəti dəstəkləyəcək”.
Qeyd edək ki, yanvarın 17-də Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan Moskvaya təyyarə ilə gələrkən hava limanında saxlanılıb.
Bahar Rüstəmli
Şərhlər