Navalnı uğrunda Ümumrusiya aksiyaları başladı: “Rədd olsun çar!” (VİDEO)

Navalnı uğrunda Ümumrusiya aksiyaları başladı: “Rədd olsun çar!” (VİDEO)

Xabarovskda müxalif siyasətçinin müdafiəsi uğrunda Ümumrusiya aksiyası çərçivəsində Aleksey Navalnının həbsdən azad edilməsi tələb edilib.

Qaynarinfo xəbər verir ki, ötən yaydan bəri həbs olunan "xalq qubernatoru" Sergey Furqalın geri qaytarılması tələbi ilə etiraz aksiyaları keçirən Xabarovsk sakinləri ənənəvi olaraq Lenin meydanına toplaşaraq küçələrdə hərəkətə başlayıblar.

Navalnının komandasının verdiyi məlumata görə, etirazçılar "Rədd olsun çar!" deyə səsləniblər.  Şüar, ehtimal ki, müxalifətçinin həbsindən sonra Navalnının YouTube kanalında yayımlanan Gələncik yaxınlığındakı lüks "Putin sarayı" adlı araşdırması ilə izah olunur. Bu vaxta qədər filmə 65 milyon baxış olub.

Artıq müəyyən qədər həbs olunanlar haqda məlumat var: "Tayga.Info" xəbər verir ki, etirazçılara qarşı OMON "işləyib". Çevik polislərin Navalnının müdafiəçilərinə dəyənəklərlə hücum etmələrinin video görüntüləri "Agit Rossiya” teleqram kanalı tərəfindən yayımlanıb. Həbs olunanların sayı barədə məlumatlar dəqiqləşdirilir, DVhab.ru-ya görə, hələlik azı 10 nəfər saxlanılan var.

Navalnının Xabarovsk qərargahından bildirilib ki, çevik qüvvət polisi tutulanlarla kobud davranır, onların ayaqlarına vurur, onlardan birinin vəziyyəti ağırdır. Znak.com-un məlumatına görə, aksiyanın ən pik vaxtı təxminən 1000 nəfər Navalnıya görə meydana çıxıb. Xabarovsk rəhbərliyi 250-dən çox etirazçı olmadığını bildirib.

Navalnını dəstəkləyən mitinqlər Komsomolsk-Amur, Çita, Maqadan, Yujno-Saxalinsk və Vladivostokda da keçirilib. Şəhərlərdən son ikisində də həbslər olub. Novosibirskdə isə təhlükəsizlik qüvvələri mərkəzi "çəpərləyiblər”.

Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR