Xəbər lenti

Naxçıvandan Bakıya gediş-gəlişlə bağlı açıqlama
Ölkə 19:27 30.06.2020

Naxçıvandan Bakıya gediş-gəlişlə bağlı açıqlama

"Naxçıvan Ermənistan tərəfindən blokadadır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Bakıda olan Naxçıvan sakinləri üçün uçuşlar bərpa olunub, sərnişinlər pulsuz testdən keçirilir: "İlkin mərhələdə vətəndaşların sayında artım var idi və reyslərin də sayı artırıldı. Əvvəllər İranla sərhəd açıq idi və avtobusla da Naxçıvana gediş-gəliş təmin olunurdu. Təyyarə ilə bunu tam həyata keçirmək mümkün deyil. Reyslərin intensivliyi də müraciətlərə uyğun həyata keçirilir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->