Dünya 15:46 19.01.2022

Nazarbayev niyə bu qədər gec üzə çıxdı? - Fazil Mustafa

"Nazarbayevin Qazaxıstanda cərəyan edən son hadisələr başlanan anda deyil, proses bitəndən sonra efirə çıxması o anlama gəlir ki, yaranmış vəziyyətdə Tokayevin həyata keçirdiyi addımlar onun da bilgisi daxilində baş verib”.   

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ölkəsində baş verən son insidentlər fonunda qeybə çəkilməsi və yalnız proses bitəndən sonra efirdə görünməsinin səbəblərindən danışarkən deyib. Deputatın fikrincə, Nazarbayevin belə bir hərəkət sərgiləməsi daxili razılaşmanın nəticəsi də ola bilər:   

"Nazarbayevin niyə əvvəl deyil, proseslər bitəndən sonra ekran qarşısına çıxaraq məsələyə münasibət bildirməsinin səbəbini müəyyən etmək çətindir. Amma hər halda Qazaxıstanda olan proseslərin məntiqi nəticəsidir ki, belə bir durum baş verib. Ola bilsin, Nazarbayevin əvvəl kənara çəkilib, indi danışması daxili razılaşmanın nəticəsidir. Görünür, məhz belə bir razılaşmanın nəticəsidir ki, ötən müddətdə Nazarbayev meydanda olmayıb”. 
F. Mustafa düşünür ki, bununla Nazarbayev məsuliyyəti tam olaraq öz üzərinə götürməyə çalışmadığını göstərdi: 

"Yaxud da özünə yaxın klan və insanların baş verən prosesdə sərgilədikləri davranışından narazı qaldığından ötən müddətdə efirə çıxmayıb. Həra halda, bu məsələyə daha dolğun cavabı daxili prosesləri bilmək əsasında vermək olar.  

Amma gec də olsa üzə çıxmaqla insanları narahat edən müəyyən məsələlərin izahını verdi. Həm də hakimiyyəti dəstəklədiyini söylədi”. 

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?