Xəbər lenti

Nazir Arif Qazıyevi niyə qəbul etmir?
Sənət 12:45 05.11.2014

Nazir Arif Qazıyevi niyə qəbul etmir?

“Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məni qəbul etmir. Maraqlananda “gözlə” deyirlər”. Bunu AzNews.az-a açıqlamasında “Muğam” teatrının sabiq direktoru, “Şöhrət” ordenli rejissor Arif Qazıyev deyib.
Nazirin ona sayğısızlığından narahat olduğunu bildirən rejissor, bu münasibəti haqq etmədiyini dilə gətirib:
“Mənim bu sənətdə zəhmətim var. Əgər mənim zəhmətim olmasaydı, mənə “Şöhrət” ordeni verməzdilər, amma neyləyim ki, nazir məni qəbul etmir”.

Arif Qazıyev “Bayatı-Siraz və “Segah” muğamlarından sənədli film çəkmək istədiyini deyib. O, əlavə edib ki, hər iki muğamın ssenarisi küllü miqdarda maliyyə tələb edir.
“Hazırda sponsor axtarıram. Söz verirlər, amma sonradan dönürlər. Mənə isə lazımdır ki, bu iki muğam əsnasında çəkilən filmin maliyyəsi Heydər Əliyev Fondu tərəfindən ödənilsin, çünki Azərbaycan muğamının inkişafında fondun zəhməti və diqqəti göz qarşısındadır. Əvvəl “Muğam” teatrının direktoru idim. Muğamların lahiyyələşdirilməsi prosesində məni işimdən çıxardılar. O vaxtdan nazir söz verib ki, səni qəbul edəcəm”, - deyə Arif Qazıyev vurğulayıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->