"Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşündə deyib.
Nazir Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının iki dövlət arasında münasibətlərin normallaşmasının mühüm elementi kimi nəzərdən keçirildiyini və Azərbaycanın bu prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu bildirib.
Təəssüflə qeyd olunub ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil.
Şərhlər