Xəbər lenti

Nazir Bakıda 10 TSEK-i ləğv etdi
Ölkə 11:05 13.12.2018

Nazir Bakıda 10 TSEK-i ləğv etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayıb. 

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) bundan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərəcək. 

Səbail, Yasamal, Nəsimi
Binəqədi, Qaradağ
Nizami, Xətai, Nərimanov
Xəzər, Pirallahı
Suraxanı, Sabunçu

Qeyd edək ki, sözügedən xəbəri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->