Xəbər lenti

Nazir bu agentliyə sədr müavini təyin etdi (FOTO)
Ekonomiks 10:46 08.07.2026

Nazir bu agentliyə sədr müavini təyin etdi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.

Qaynarinfo "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Qurban oğlu Məmmədov ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, V.Məmmədov bu təyinatadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləyib.
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->