XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi (FOTO)
Ölkə12:09 17.05.2024

Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi (FOTO)

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, nazirliyin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə vəzifəsindən azad olunub.
O, Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinin icrası isə rəis müavini Həsrət Şabiliyə həvalə olunub.