Xəbər lenti

Nazir Lənkəranskinin “qardaşı”ndan üzr istədi (VİDEO)
Video 12:40 04.10.2018

Nazir Lənkəranskinin “qardaşı”ndan üzr istədi (VİDEO)

Çeçen əsilli "qanuni oğru", kriminal aləmdə "Şeyx Xəmzət" ləqəbi ilə tanınan Xəmzət Qastəmirovun yeni görüntüləri yayılıb.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, sözügedən görüntülər Almaniyanın paytaxtı Berlində çəkilib.

Yayılan görüntülərdən göründüyü qədər ilə tanınmamış İçkeriya Respublikasının Qaçqınlar və Diasporalar üzrə naziri Rubati Misaeva "qanuni oğru" ilə söhbət edir.

Bildirilir ki, görüşün təşkil edilməsində əsas məqsəd Mitsaevanın Qastəmirovdan üzr istəməsi olub. Qarşılıqlı söhbətdən sonra mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab edilən "Şeyx Xəmzət"dən üzr istəyən nazir bununla da uzun müddətdir aralarında gedən soyuq müharibəyə son qoyub.

Məsələ burasındadır ki, Rubati Mitsaeva uzun müddət "Şeyx Xəmzət"ə qarşı çıxıb. O, çeçenlərin Qastəmirovun ətrafında birləşməsinə razı olmayıb. Nəticədə tərəflər arasında uzun müddətli soyuq müharibə yaşanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->