Nazir polkovnik-leytenanta vəzifə verdi

Nazir polkovnik-leytenanta vəzifə verdi

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi  məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini təyin edilib. O, bu təyinata qədər Daxili İşlər Nazirliyində çalışıb.

Qeyd edək ki,  keçən ay Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Sadiq Heydərov vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rəis təyin edilib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR