Ölkə 11:20 20.01.2021

Nazir rəisi təqaüdə göndərdi (FOTO)

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Tovuz rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov vəzifəsindən azad edilib.

O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Bu barədə ilk məlumatı Baku.ws yayıb.