Deputat Elton Məmmədovun oğlu , bahalı avtomobillərin həvəskarı olan Aynar Məmmədov iki həftə öncə Azərbaycana eksklüziv avtomobil gətizdirib.
Avropa.info-nun əldə etdiyi məlumata görə, ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan “Hennessy” şirkəti Aynar Məmmədovun sifarişi əsasında “Mercedes-Bens Gelandewagen G63 AMG” avtomobilini yenidən yığıb. Deputat oğlunun sifarişi ilə 5,5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin mühərrikinin gücü daha da artırılıb. Xüsusu hazırlanmış avtomobilin güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb.
Bundan başqa deputat oğlunun sifarişinə uyğun olaraq avtomobilin salonunda və xarici görkəmində də, ekskülüzivliyini göstərən önəmli dəyişikliklər edilib. Eyni zamanda, avtomobilə yeni təkər və disklər qoyulub. Eksklüziv avtomobilin qiymətinin yarım milyon dollar olduğu bildirilir.
Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən avtomobil saytları bir neçə gün öncə, Azərbaycanlı sifarişçinin istəyi əsasında belə bir maşının hazırlandığını və bu avtomobilin artıq Azərbaycana göndərildiyi haqda məlumat yaymışdı. Avropa.info-nun araşdırması zamanı bəlli olub ki, avtomobilin hazırlanması ilə bağlı sifariş 6 ay öncə, məhz Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov tərəfindən verilib. Əldə olunan məlumata görə, maşın ölkəyə gətirilsə də, son dövrlər Aynar Məmmədovun dəbdəbəli həyatı və avtomobilləri haqqında mətbuatda gedən yazılardan sonra, eksklüziv avtomobil üzə çıxarılmır.
Qeyd edək ki, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun avtomobil kolleksiyasını əks etdirən fotolar saytlarda yayılıb. Eyni zamanda Aynar Məmmədovun avtomobili yüksək sürətlə idarə etdiyini əks etdirən video görüntülər də müzakirə mövzusudur. Aynar Məmmədovun atası Elton Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır və 2000 manat maaş alır. Deputat oğlu özü isə Milli Məclisdə işləyir. Ata və oğulun aldıqları məvaciblə belə bahalı avtomobillərin alınması təccüblüdür.
Qaynar.info
Şərhlər