Xəbər lenti

Nazirin qardaşı oğlu eksklüziv maşın gətizdirdi - FOTO
Ekonomiks 13:14 24.04.2014

Nazirin qardaşı oğlu eksklüziv maşın gətizdirdi - FOTO

Deputat Elton Məmmədovun oğlu , bahalı avtomobillərin  həvəskarı  olan  Aynar Məmmədov  iki həftə öncə Azərbaycana eksklüziv avtomobil gətizdirib. 

 Avropa.info-nun əldə etdiyi məlumata görə, ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan “Hennessy” şirkəti  Aynar Məmmədovun  sifarişi əsasında “Mercedes-Bens Gelandewagen G63 AMG” avtomobilini yenidən yığıb. Deputat oğlunun sifarişi ilə  5,5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin mühərrikinin gücü daha da artırılıb. Xüsusu hazırlanmış avtomobilin güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb. 

 Bundan başqa deputat oğlunun  sifarişinə uyğun olaraq  avtomobilin  salonunda  və xarici görkəmində də, ekskülüzivliyini göstərən  önəmli dəyişikliklər  edilib.  Eyni zamanda,  avtomobilə yeni təkər və disklər qoyulub.  Eksklüziv avtomobilin qiymətinin  yarım milyon dollar olduğu bildirilir. 

 Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən avtomobil saytları  bir neçə gün öncə, Azərbaycanlı sifarişçinin istəyi əsasında belə bir maşının hazırlandığını və bu avtomobilin artıq  Azərbaycana göndərildiyi haqda məlumat yaymışdı. Avropa.info-nun  araşdırması zamanı bəlli olub ki, avtomobilin hazırlanması ilə bağlı sifariş 6 ay öncə, məhz Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov tərəfindən verilib. Əldə olunan məlumata görə, maşın  ölkəyə gətirilsə də, son dövrlər  Aynar Məmmədovun  dəbdəbəli  həyatı  və avtomobilləri  haqqında  mətbuatda  gedən  yazılardan sonra, eksklüziv avtomobil  üzə çıxarılmır. 

Qeyd edək ki, deputat Elton Məmmədovun  oğlu Aynar Məmmədovun  avtomobil kolleksiyasını əks etdirən fotolar  saytlarda  yayılıb. Eyni zamanda  Aynar Məmmədovun  avtomobili  yüksək sürətlə idarə etdiyini əks etdirən video görüntülər də müzakirə mövzusudur. Aynar Məmmədovun atası  Elton Məmmədov  Azərbaycan  Respublikası Milli Məclisinin deputatıdır və 2000 manat  maaş alır. Deputat oğlu özü isə Milli Məclisdə işləyir. Ata və oğulun  aldıqları məvaciblə  belə bahalı  avtomobillərin  alınması  təccüblüdür. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->