Nazirlik “Qadınların fəhlə bazarı”nda çalışanları işlə təmin edəcək (FOTO)

Nazirlik “Qadınların fəhlə bazarı”nda çalışanları işlə təmin edəcək (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Maştağa qəsəbəsindəki "Qadınların fəhlə bazarı" ilə bağlı məlumat açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, bu günlərdə sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində "Qadınların fəhlə bazarı” kimi tanınan, pərakəndə, qeyri-mütəşəkkil işçi bazarı barədə yayımlanan videosujetlə bağlı qurumun əməkdaşları həmin ərazidə olub:

"Bura mütəmadi olaraq müxtəlif yaşlarda 10-12 qadın gələrək sifarişlərə uyğun qeyri-formal şəkildə müxtəlif işlərdə, əsasən də ilkin peşə hazırlığı tələb olunmayan müxtəlif ev təsərrüfatı işlərində gündəlik qazanc müqabilində işçi xidmətlərini təklif edirlər. Aparılan söhbətlər əsnasında onların əsasən ölkənin bölgələrindən gəldikləri və işlə təmin edilmək üçün çoxlarının heç zaman məşğulluq orqanlarına müraciət etmədikləri müəyyən olunub. Bunun səbəbini soruşduqda isə sadəcə sərbəst rejimdə və günəmuzd qazanc müqabilində işləməyi üstün tutduqlarını bildiriblər".

"Həmin qadınlarla bağlı məlumatlar toplanıb, hər birinin mövcud ailə vəziyyəti, yaşayış vəziyyəti öyrənilib. Onların məşğulluğunun təmin edilməsi, müvafiq aktiv məşğulluq tədbirlərinə, eləcə də ödənişli ictimai işlər proqramına cəlb olunmaları üçün işlər aparılacaq. Eyni zamanda, işlə təmin olunduqdan sonra da mövcud ailə vəziyyətləri nəzərə alınmaqla mümkün sosial müdafiə tədbirləri, o cümlədən sosial yardım proqramı ilə əhatə olunmaları imkanları da araşdırılacaq",-deyə F.Talıbov qeyd edib.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR