Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi odun yanacağının satınalması ilə bağlı tender keçirib.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Alfa İnşaat-S" MMC olub. Bu şirkət 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzini 2021-ci il üçün odunla təmin edəcək.
Tenderin şərtlərinə görə, 2640 kub metr odun yanacağı üçün "Alfa İnşaat-S" şirkətinə 196 min 690 manat ödəyəcək. Yəni, odun yanacağının 1 kub metri 74 manat 50 qəpiyə alınacaq.
Yeri gəlmişkən xatırladaq ki, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzini ötən il "Eldar-2014" MMC odunla təmin edib. 2020-ci ildə Təhsil Nazirliyi 2415 kub metr quru meşə odunu üçün "Eldar-2014" MMC şirkətinə 196 min manat 19 qəpik ödəyib (1 kub metrini 81 manata).
Xatırladaq ki, 1 kub metr odunun bazar qiyməti yerindən asılı olaraq 20-40 manat arasında dəyişir.
Qeyd: "Alfa İnşaat-S" MMC 2014-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin indiyə kimi dövlət satınalmalarında iştirak etməsi ilə bağlı hər hansı bir məlumat yoxdur.
Orxan Əhmədli
Şərhlər