Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında fərman imzalayıb. Qaynar.info fərmanl təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
2.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer),
marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) - 9.741.175,6
2.2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı - 1.568,4
2.3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər - 9.410,4
2.4. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər - 494 357,5
2.5. Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar 100,0
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
3.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 150.000,0
3.2. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə transfert - 10.388 000,0
3.3. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi - 90.000,0
3.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi - 111.487,0
3.5. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi - 44.088,0
3.6. Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi - 997.016,2
3.7. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər - 33.318,0
4. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2015-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilsin (əlavə olunur).
5. “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2015-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).
Qaynar.info
Şərhlər