Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu

Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha iki yüksək vəzifəli şəxsi saxlayıb.

Unikal.org-un məlumatına görə, saxlanılan şəxslər arasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlu və Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlaması barədə məlumat yayılıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR