“Neftçi” və

“Neftçi” və "Səbail"in rəqibləri bəlli oldu

Bu gün Avropa Liqasının I təsnifat mərhələsində püşkatma mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, Azərbaycan bu mərhələdə iştirak edəcək iki klubunun da rəqibləri bəlli olub. Topaz Premyer Liqasının uyğun olaraq gümüş və bürünc medallarını qazanmış "Neftçi” və "Səbail” ilk raund üçün rəqiblərini tanıyıb.

Püşk "Neftçi”ni Moldovanın "Speranta”, "Səbail”i isə Rumıiyanın "Universitatya Krayova" klubları ilə üz-üzə qoyub.

Qeyd edək ki, Avropa Liqasında ilkin mərhələ iyunun 27-də və iyulun 4-də, I təsnifat mərhələsi iyulun 11-də və 18-də baş tutacaq.

Avropa Liqası
I təsnifat mərhələsi

"Neftçi" (Azərbaycan) - "Speranta" (Moldova)
"Səbail" (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya)
 
XƏBƏRLƏR
BLOGLAR