"Neftçi" yenidən liderliyə yüksəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib.

"Zirə" komandası "Sumqayıt"ın qonağı olub. Görüş heç-heçə başa çatıb. Günün digər matçında "Neftçi" klubu "Sabah"ı qəbul edib. 2:1 hesablı qələbə qazanan "Neftçi" 36 xalla yenidən turnir cədvəlində liderliyə yüksəlib.

18-ci turun nəticələri:

"Neftçi" - "Sabah" - 2:1
"Sumqayıt" - "Zirə" - 0:0
"Səbail" - "Keşlə" - 1:1
"Qarabağ" - "Qəbələ" - 3:0
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR