Video 19:04 20.10.2019

"Neftçi"dən böyükhesablı qələbə (VİDEO)

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turunun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, son günün ilk oyununda "Neftçi” "Zirə”ni qəbul edib. İlk oyun günündə "Qarabağ"la "Keşlə"nin xal itkilərindən sonra "Neftçi"nin turnir cədvəlində irəliləmək və liderə yaxınlaşmaq imkanı yaranmışdı. Bu şansdan yararlanan "ağ-qaralar" 3:0 hesablı qələbə qazanaraq, turni cədəlinin ikinci pilləsinə yüksəliblər.

Bu "Neftçi" və "Zirə" arasında 18-ci matç olub. Bunların 4-də "ağ-qaralar", 9-da qəsəbə təmsilçisi qələbə qazanıb, 5 oyun isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Zirə"nin üstünlüyü var - 21:18. 

Bu, həm də Zaur Həşimovun "Zirə"nin baş məşqçi postunda ilk rəsmi oyunu olub. O, çempionatın ilk dövrəsindən sonra istefaya göndərilmiş Samir Abasovu əvəzləyib.

Günün ikinci oyununda "Səbail" "Sumqayıt"ı qəbul edəcək.
 
Qeyd edək ki, turun ilk oyun gündə "Qarabağ" "Qəbələ" ilə, "Keşlə" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.

Premyer Liqa
II dövrə, VIII tur

20 oktyabr
Neftçi - Zirə 3:0
Qollar: Dario Federiko, 27. Baqali Dabo, 46. Stiven Monroz, 77.
Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 10. Dario Federiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 77. Donald Gerye, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 17. Robin Nqalande, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoğlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 10. Elvin Məmmədov, 23. Mfo Kqasvane, 70. Nicat Süleymanov, 19. Müşfiq İlyasov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bakcell Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

8

7

1

0

18:2

22

2

Neftçi

8

4

2

2

11:6

14

3

Keşlə

8

3

3

2

9:4

12

4

Səbail

7

3

1

3

8:11

10

5

Zirə

8

2

2

4

6:12

8

6

Sumqayıt

7

2

1

4

5:9

7

7

Qəbələ

8

1

3

4

4:15

6

8

Sabah

8

1

3

4

6:8

6

Bombardirlər

Lorenzo Frutos (Keşlə), İsmayıl İbrahimli (Qarabağ), Stiven Monroz (Neftçi) - 4.