Xəbər lenti

İdman 22:58 23.10.2021

"Neftçi"dən əzmkar qələbə

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi" "Zirə" ilə qarşılaşıb.
 
Qaynarinfo xəbər verir ki, "Bakcell Arena"da baş tutan görüş maraqlı və gərgin alınıb. Matçın 6-cı dəqiqəsində "Zirə" hesabda önə keçsə də bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. İlk hissənin sonlarına yaxın "Neftçi" hesabı bərabərləşdirib. Samir Abasovun komandası ikinci hissədə daha bir qol vuraraq 90 dəqiqənbin sonunda qələbəyə sevinib.
 
"Zirə"dən Ağabala Ramazanov, "Neftçi"dən isə Sezar Meza-Kolli (39), Mirabdulla Abbasov (84) fərqlənib.
 
Hazırda "Qarabağ" turnir cədvəlində 17 xalla liderdir. "Neftçi"nin də eyni sayda xalı olmasına baxmayaraq digər göstəricilərə görə ikinci pillədə qərarlaşıb. "Qəbələ" ilə "Zirə" 12 xalla 3-4-cü yerləri bölüşdürür. "Sumqayıt"ın 8, "Keşlə"nin 7, "Səbail"in 6, "Sabah"ın isə 4 xalı var. 
 
Turun qalan görüşləri sabah və birisigün baş tutacaq. Sabah "Qəbələ" səfərdə "Keşlə"nin, birisigün isə "Qarabağ" "Səbail"in qonağı olacaq. 

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->