Xəbər lenti

İdman 16:21 11.06.2018

"Neftçi"dən ilk transfer: sabiq milli üzvü gəldi

"Neftçi” 2018/19 mövsümü üçün ilk transferini rəsmiləşdirib. 

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Tural Axundov 1 illik müqaviləyə imza atıb. 29 yaşlı cinah müdafiəçisi 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tural Axundov karyerası ərzində "Muğan” (39 oyun, 3 qol), "Rəvan” (54 oyun), "Simurq” (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən Axundov 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan təcrübəli oyunçu Belarus və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?