Xəbər lenti

İdman 20:29 10.11.2018

"Neftçi"nin məşqçisinin meydanda halı pisləşdi, yerə yıxıldı

"Neftçi"nin məşqçisi Füzuli Məmmədovun Topaz Premyer Liqasının X turunda evdə "Zirə" ilə keçirilən matçda səhhətində probem yaranıb. 

41 yaşlı mütəxəssis komandasının 36-cı dəqiqədə vurduğu qoldan sonra yerə yıxılıb. Həkimlər ona müdaxilə edib və Məmmədov ayağa qalxıb. "Neftçi"nin prezidenti Kamran Quliyev özünü ehtiyat oyunçular skamyasına yetirib. Onun yıxılma səbəbi bilinmir. 
 
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və "Neftçi" 1:0 hesabı ilə öndədi. (Sportnet.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->