Xəbər lenti

İdman 22:09 20.07.2019

"Neftçi"nin rəqibi liderliyə yüksəldi

Rusiya Premyer Liqasında II turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Arsenal" səfərdə "Krılya Sovetov"la qarşılaşıb.

Görüş Tula təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal"ın heyətində Sergey Tkaçev (22-ci dəqiqə), Sergey Kanqva (24) və Aleksandru Tudorie (56), "Krılya Sovetov"un heyətində isə Aleksander Sobolev (43) və Taras Burlak (52) fərqlənib.

"Arsenal" bu nəticədən sonra xallarının sayını 4-ə çatdırıb və hələlik liderliyə yüksəlib. Samara təmsilçisi isə 3 xalla 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında ilk oyun iyulun 25-də Tula şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü isə 1 həftsə sonra "Bakcell Arena"da olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->