Sənət 15:59 22.10.2019

“Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq

Ölkəmizdə elan olunan "Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlər davam edir. 

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən "Dədə Qorqud” ansamblının da böyük Azərbaycan şairinin 650 illik yubileyinə öz töhfəsi var. 

Qaynarinfo xəbər verir ki, "Dədə Qorqud” ansamblı oktyabrın 23-də saat 19-da Beynəlxalq Muğam Mərkəzində "Haqq mənəm, haqq məndədir” adlı musiqili, ədəbi-bədii gecə təşkil edəcək. 

Folklor İnstitutunun və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan bu tədbirdə Əməkdar artist Nuriyyə Hüseynovanın və "Dədə Qorqud” ansamblının digər üzvlərinin ifaları səslənəcək.