Məhşur azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyənin "Günaydın" qəzetinə müsahibə verib.
Qaynarinfo.Az xəbər verir ki, aktrisa Bakıdan İstanbula olan bir köç macərasından söz açıb: "5 yaşımdan 11 yaşıma kimi yəni anamla İstanbula gələnə qədər balet təhsili aldım. Yaxşı ki, ruh halımdan anlayan bir anam var . Anam "Nəsrin sənətçi olmalıdır" dedikdən sonra Bakıdan Türkiyəyə gəldik. "Şişli Tərəqqi Liseyi"ndən evə döndüyümdə ağlayan kiçik bir qız uşağı idim. Geri dönmək istədim. Çünki türkçəm yoldaşlarım arasında lağ mövzularından birinə çevrilmişdi. Dilimi inkişaf etdirmək üçün xüsusi dərslər aldım və böyük səy sərf etdim".
Qaynarinfo.Az
Şərhlər