Dünya 13:16 07.11.2019

Tramp Netanyahunu pərt etdi: "Bu ona lazımdırsa..."

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan Fələstin təhlükəsizlik qüvvələrinə 12 milyon dollar yardımın verilməsini istəyib və rədd cavabı alıb.

Qaynarinfo Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ İsrailin təkidi ilə Fələstinə edilən bütün yardımları dayandırıb.
 
ABŞ Dövlət Departamenti 12 milyon dollar yardımın hələ də verildiyini aşkar edəndən sonra bu transferi kəsib. Benyamin Netanyahu və digər İsrail rəsmiləri D.Trampa müraciət edərək Fələstinin bu yardıma ehtiyacı olduğunu bildirib. ABŞ prezidenti isə "Əgər Netanyahu üçün bu transfer vacibdirsə, özü yardım etsin", - deyə cavab verib. 

Gülşən