Dünya 11:05 22.05.2020

Netanyahudan Fələstinə çağırış: "Trampın planı çərçivəsində masaya əyləşək"

İsrailin baş naziri Binyamin Netanyahu Fələstin rejiminə Trampın "Əsrin sazişi" adını verdiyi Yaxın Şərq sülh planı çərçivəsində masaya oturmağı təklif edib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, Şərqi Qüdsün işğalının 53-cü ildönümü münasibətilə təşkil edilən proqramda çıxışı zamanı deyib. Netanyahu həm özünün, həm də hökumətin ABŞ-ın təklif etdiyi bu plana bağlı və bu plan çərçivəsində fələstinlilərlə sülh danışıqlarına hazır olduğunu bildirib.

Qeyd edək ki, sözügedən plan İordan çayının qərb sahilində yəhudilərin yaşadığı ərazinin ilhaqını nəzərdə tutur.

Camal