Dünya 19:26 24.05.2020

"New York Times" koronavirusdan ölən 100 min nəfərin siyahısını yayımladı

"New York Times" qəzeti ABŞ-da koronavirus səbəbindən ölən 100 min nəfərin siyahısını yayımlayıb.

Qaynarinfo xarici mətbuata istiandən xəbər verir ki, qəzet rəhbərliyi bu addımı epidemiyanın ciddiliyinə diqqət çəkmək məqsədilə edib.

"Ölənlər siyahıda sadəcə bir addan ibarət deyil, onlar içimizdən biridirlər...", - deyə nəşr yazıb.

Xəbər redaktorlarından biri olan Simon Landon ölən şəxslərin adlarını həftələr boyunca ölkə miqyasındakı bütün qəzetlərin ölüm elanlarını nəzərdən keçirərək müəyyənləşdirdiklərini söyləyib. 

"Hər insan xüsusidir. Onları xatırlamaq üçün etdik", - deyə o bildirib.

Yerli xəbərlər redaktoru Mark Lakey isə, "100 il sonra baxdıqlarında nələr yaşadığımızı görmələri üçün bir şeylər etmək istədim" deyib.
 
Camal