PSJ-nin forvardı Neymar "Barselona" ilə razılığa gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Müqavilənin 5 il müddətinə nəzərdə tutulduğu və Neymarın ilinə 24 milyon avro qazanacağı bildirilir. Müqayisə üçün qeyd edək ki, braziliyalı futbolçu PSJ-də illik 37 milyon avro məvacib alır.
Xəbərdə Neymarın "Barselona"nın ilk təklifini qəbul etdiyi qeyd olunub. 27 yaşlı hücumçu katalon klubuna qayıtmaq istədiyi üçün əlavə müzakirələrə ehtiyac duymayıb.
Şərhlər