Dünya 15:07 06.07.2020

Niderlandda işgəncə konteynerləri tapıldı: içərisində...

Niderland polisi Vuvs Planteyc adlı kənddə apardığı istintaq tədbirləri çərçivəsində işgəncə məqsədilə hazırlanmış 7 konteyner tapıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, polisin məlumatına görə, cinayətkar şəbəkələr bu konteynerlərdən rəqib qruplaşmaların üzvlərinə işgəncə vermək məqsədilə istifadə edirmişlər. Səs keçirməyən konteynerlərdə tavandan asılmış qandal, maskalar və yerə bərkidilmiş stol olub.

Hadisə ilə bağlı 6 nəfər saxlanılıb. Saxlanılanlardan birinin ötən aylarda Dubayda tutulan narkotik şəbəkəsinin lideri Ridouan Tağının ölüm siyahısında olduğu bildirilib.

Qeyd edək ki, Niderland polisi konteynerləri EnroÇat istintaqı çərçivəsində tapıb. EnroÇat cinayətkarların öz aralarında xəbərləşmək üçün istifadə etdikləri xüsusi sistemdir. Sistemin ifşa edilməsindən sonra Niderlandda 100-dən çox cinayətkar saxlanılıb. Mlumatlar sayəsində Fransa, İngiltərə, İsveç və Norveçdə də çox sayda cinayətkar ələ keçib.

Camal