Niderlanddan xaricə hər ay poçt vasitəsilə 9 min paket narkotik göndərilir

Niderlanddan xaricə hər ay poçt vasitəsilə 9 min paket narkotik göndərilir

Niderlandda poçt vasitəsilə narkotik ticarətinin həcmi son illərdə önəmli miqdarda artıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, hər ay ölkədən xaricə bu yolla 9 min paket narkotik maddə - kokain, ekstazi, amfetamin və s. göndərilir.

Polis və ədliyyə orqanlarına istinadla verilən məlumata görə, narkotik vasitələr Almaniya, Fransa, Estoniya, Litva, Latviya, ABŞ, Avstraliya və aralarında Asiya ölkələrinin də olduğu bir çox yerə göndərilir. Bildirilir ki, poçt vasitəsilə narkotik ticarəti ilə məşğul olanlar əsasən gənc və yüksək təhsilli şəxslərdir. Hökumət bu gənclərin çoxunun beyəlxalq narkotik qaçaqmalçısı olduqlarının fərqində olmadıqlarını söyləyir.

Bu il Avstraluyaya 70-dən çox narkotik paketi göndərdiyi müəyyən edilən 23 yaşlı bir gənc saxlanılıb və 5 il həbs cəzası verilib. Onun il yarım ərzində azı 2,2 milyon avro pul qazandığı və bu pulu tətil, gecə həyatı kimi lüks yaşayış üçün xərclədiyi bildirilib.
 
Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image