Xəbər lenti

Nigeriyada qeyri-adi vəzifə yaradıldı
Dünya 16:01 07.12.2017

Nigeriyada qeyri-adi vəzifə yaradıldı

Nigeriyanın İmo əyalətinin valisi (icra başçısı) Rokas Okoroça Xoşbəxtlik və Cütlüklərin Məmnuniyyət Nazirliyi yaradaraq bacısını nazir vəzifəsinə təyin edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Okoroçanın bacısı Oqeçi Ololo və digər yeni nazirlər üçün andiçmə mərasimi keçirilib, lakin onun bu vəzifədə nə iş görəcəyi hələ bilinmir. 

Vali bundan əvvəl də bacısını 2 fərqli vəzifəyə təyin etmişdi. O, bu ilin əvvəlində Nigeriyanın cənub-şərqindəki əyalətlə heç bir əlaqəsi olmayan Cənubi Afrika prezidenti Yakob Yumanın heykəlini qoymuş və müzakirələrə səbəb olmuşdu.

Vali açıqlama verərək yeni nazirlərə vəzifələrinə ciddi yanaşmağın vacibliyindən danışıb və korrupsiyaya qarşı mübarizə aparacaqlarını deyib.

Qeyd edək ki, 2013-cü ildə Venesuelada da xoşbəxtlik nazirliyi yaradılmışdı. Prezident Nikolas Maduronun yaratdığı Yüksək Sosial Xoşbəxtlik Nazirliyi yoxsulluqla mübarizə proqramlarını koordinasiya etmək vəzifəsini icra edirdi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->