NIKOIL | Bank 20 sentyabr tarixindən etibarən 1 oktyabr Prokurorluq İşçiləri Günü və 5 oktyabr – Müəllimlər Gününə həsr olunmuş iki güzəştli kredit kampaniyasının başlanmasını elan edib.
Qaynarinfo xəbər verir ki, minimal aylıq əmək haqqı 200 manat olan müəllimlər və prokurorluq orqanlarının əməkdaşları 2% azaldılmış illik faiz dərəcəsi və 1% bank komissiyası ilə istehlak kreditini rəsmiləşdirə bilər. İstehlak kreditləri 3 aydan 36 ay müddətinə 300-dən 30000 manatadək məbləğdə həm nağd şəkildə, həm də plastik kart vasitəsilə verilir. Kredit xəttinin güzəşt müddəti 35 gün təşkil edir. Kreditləşmə şərtlərinə əsasən 7500 manatadək kredit məbləği girovsuz və zaminsiz verilir. Hər iki kredit aksiyası cari ilin oktyabr ayının 30-dək davam edəcək.
Güzəştli kreditin rəsmiləşdirilməsi üçün NIKOIL | Bank-ın istənilən şöbəsinə AR vətəndaşının şəxsiyyət vəsiqəsi, iş yerindən etibarlı arayış və əməkhaqqı hesabından son 6 ay üçün çıxarış təqdim olunmalıdır.
NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ
www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Şərhlər