Dünya 16:36 30.06.2020

Nirməhəmmədovun bir günlük qonorarı açıqlandı - Şok məbləğ

Qarışıq üslubda rus döyüşçüsü (MMA) Həbib Nirməhəmmədovun meneceri Əli Əbdül-Əziz idmançının kütlə qarşısında çıxış etməsi üçün nə qədər mükafat alacağını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, bu haqda BJ Penn nəşrində dərc olunan məlumata münasibət bildirərkən danışıb. Məqalədə deyilir ki, Nurmaqomedov kütlə qarşısında çıxışı üçün bir günə 78 min dollar alır.

Bununla birlikdə menecer vurğulayıb ki, Nirməhəmmədovun kütlə qarşısında həqiqi qiyməti deyiləndən daha yüksəkdir. Əbdül-Əzizin sözlərinə görə, Nirməhəmmədov günə ən azı 300 min dollar alır.

Alpər