Xəbər lenti

Niyə 5-ci qrupda yüksək bal toplayan tələbəyə də Prezident təqaüdü verilmir?
Ölkə 10:48 10.09.2019

Niyə 5-ci qrupda yüksək bal toplayan tələbəyə də Prezident təqaüdü verilmir?

"Hər il ölkə başçısı qəbul imtahanlarından sonra ən yüksək bal toplayan 102 nəfərə prezident təqaüdü təyin edir. İlk dəfə prezident təqaüdü 2001-ci ildə təsis olunanda 25 nəfər üçün nəzərdə tutulmuşdu. Qanuna 2004-cü ildə edilmiş dəyişikliyə görə, təqaüd 100, 2006-cı ildə edilmiş dəyişikliyə əsasən, Naxçıvan məktəblərinin məzunları sırasından ən yüksək bal toplamış 2 nəfər də daxil olmaqla 102 nəfərə verilir. Yəni 2006-cı ildən etibarən, Prezident təqaüdü  ixtisas qrupları üzrə yüksək bal toplayan 102 abituriyentə təyin olunur”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert məsələnin digər tərəfinə diqqəti cəlb etməyə çalışıb: "Niyə 4 ixtisas qrupu üzrə ən yüksək bal toplayan 102 abituriyentə təyin olunur? Axı qəbul imtahanı 4 ixtisas qrupu üzrə yox, 5 ixtisas qrupu üzrə həyata keçirilir. Yəni niyə 5-cu ixtisas qrupu üzrə prezident təqaüdü təyin olunmur? Axı sərəncamda qeyd olunur ki, təqaüd sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə təyin olunur. Sərəncam niyə 5-ci qrup üzrə yüksək bal toplayan abituriyentlərə də  şamil olunmur?”

Kamran Əsədovun sözlərinə görə, bu məsələyə aydınlıq gətirilməlidir: "Prezidentin sərəncamında açıq şəkildə ifadə olunur ki: 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin. Yəni bütün ixtisas qrupları üzrə. Daha deyilmir ki, I,II,III və IV ixtisas qrupu üzrə yüksək bal toplamış abituriyentlərə verilsin. Ona görə də növbəti illərdə bu məsələyə aydınlıq gətirilməlidir və V ixtisas qrupu üzrə yüksək bal toplamış abituriyentlər də bu siyahıya daxil olmalıdır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->