Nizami Kino Mərkəzi Mel Gibsonun filmlərinə qadağa qoydu

Nizami Kino Mərkəzi Mel Gibsonun filmlərinə qadağa qoydu

Nizami Kino Mərkəzi Mel Qibsonun filmlərini göstərməyəcək.

Qaynarinfo xəbər verir ki, oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Qibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin etirazına səbəb olub.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən virtuaz.org-a bildirilib ki, onun bu paylaşımı Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatının olmadığından xəbər verir və Mərkəz tərəfindən işğala, terrorçuluğa dəstək kimi qəbul edilir.

"Bundan sonra etiraz olaraq Nizami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir”, - deyə Mərkəzdən bildirilib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR