Norveçdə

Norveçdə "Nuhun Gəmisi"nə 60 min bitki toxumu daşındı

Norveçin şimalında yerləşən Şpitsbergen adalar qrupunda qiyamət senarisinə qarşı bitki müxtəlifliyini qorumaq məqsədilə qurulan anbara 60 min bitki toxumu göndərilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "Nuhun Gəmisi" adlandırılan anbarda 1 milyona yaxın meyvə. ağac, yabani bitki və göy toxumu var. Ümumilikdə 36 fərqli bölgədən toxum göndərilib.

Anbar müdiri Stefan Şmitzin insan nəslinin davam etdirilməsinə təminat altına almaq məqsədilə daha 2-3 milyon toxuma ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, nüvə müharibəsi, qlobal iqlim dəyişikliyi və ya hər hansısa bir səbəbdən canlı aləmin məhv olması senarisinə qarşı 2004-cü ildə Almaniya və Skandinaviya ölkələrinin səyi nəticəsində ərsəyə gətirilən Krop Trast anbarında isə 4,5 milyon toxum saxlanılır. 3 fərqli nəhəng təbəqədən ibarət olan anbar mənfi 18 dərəcədə qorunur.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR