Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.
Qaynarinfo xəbər verir ki, Baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb. Bu posta Ayaz Mirzəyev gətirilib.
Qeyd edək ki, A. Mirzəyev İqtisad Universitetinin bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib, uzun illər ANS telekanalında çalışıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının üzvüdür.
Onu da qeyd edək ki, bu ilin mart ayına qədər Nazirlər Kabinetinin mətbuat xidmətinə Akif Əli rəhbərlik edib.
Şərhlər