Maqazin 09:44 04.11.2019

"O ses Türkiye"də erməni millətini dandı, "türkəm" dedi

TV8 ekranlarında yayımlanan və dünyada milyonların izlədiyi səs yarışması "O səs Türkiyə”də maraqlı hadisə yaşanıb.

Qaynarinfo Asasmedya.info-ya istinadən xəbər verir ki, müsabiqədə iştirak edən Suzanna Caginyan adlı iştirakçı əvvəlcə özünü ahıska türkü, daha sonra isə qafqazlı kimi təqdim edib.

İştirakçısının milliyyətinin erməni olması və onu hər kəsdən gizlətməsi, hətta yalan danışması da diqqət çəkib. S.Caginyan münsiflər heyətindən Bıyazidi seçib.