Ekonomiks 13:00 16.01.2021

“OBA” marketlər şəbəkəsi yeni loqosunu təqdim etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan, daimi olaraq inkişaf etməyi, müştərilərinə yaxın olmağı və yüksək keyfiyyət prinsipini hədəf tutan "OBA” marketlər şəbəkəsi  bu gün yeni loqosunu ictimaiyyətə təqdim edib.

Özündə inkişafı, təbiəti və saflığı təmsil edən "OBA” marketlər şəbəkəsinin yeni loqosu üç komponentdən ibarət olmaqla özündə "OBA” söz nişanı, yaşıl forma, sarı stoku ehtiva edir.

"OBA” marketlər şəbəkəsinin  əsas rəngi yaşıldır. Loqonun digər rəngləri isə hədəflərimizin daha aydın və anlaşılan olmasına xidmət edir. 

Xatırladaq ki, "OBA” marketlər şəbəkəsi bütün bu dəyişiklikləri edərkən qiymət siyasətini qoruyaraq müştərilərinə qənaətli alış-veriş və sərfəli qiymət təklif edir. Müştərilər də "OBA”nı seçərək həm vaxtlarına, həm məsafəyə, həm də ciblərinə qənaət edirlər.

Onu da qeyd edək ki, "OBA” marketlər şəbəkəsi 2021-ci ildə  bir çox yeniliklərlə müştərilərini sevindirməkdə davam edəcəkdir.