ABŞ prezidenti Barak Obama Milli Müdafiə Universitetində ölkəsinin terrorçuluqla mübarizə strategiyası ilə bağlı açıqlamalar verib.
Qaynar.info-nun məlumatına görə, çıxışı zamanı Obama İslam dini ilə müharibə etmədiklərini, ABŞ-ın Əl Qaidə, Taliban və onların qolları ilə mübarizə apardıqlarını deyib.
"Üz-üzə qaldığımız terrorçuluq əsl ideologiya ilə bəslənib, o da bəzi radikallar tərəfindən ortaya atılan İslamın ABŞ və Qərblə anlaşılmazlıq içində olduğu göstərən bir inancdır. Bi ideologiya yalana söykənir. ABŞ İslamla döyüşmür və bu ideologiya terror aksiyalarının ən çox qurbanı olan müsəlmanların əksəriyyəti tərəfindəb rədd edilir".
Qaynar.info
Şərhlər